...

Güləşçimiz Həsrət Cəfərov İslamiadada gümüş medal qazanıb (FOTO)

İdman Materials 18 Noyabr 2025 21:35 (UTC +04:00)
Güləşçimiz Həsrət Cəfərov İslamiadada gümüş medal qazanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışına start verilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizə baş tutub.

Nihat Məmmədli (60 kq) Komor adaları təmsilçisi Latuf Madiyə tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda son dünya çempionatının gümüş medalçısı, özbəkistanlı dünya Alişer Qaniyevə (0:3), bürünc medal görüşündə isə iranlı Əli Vəfaya (2:3) məğlub olub.

Həsrət Cəfərov (67 kq) əfqanıstanlı Mohamed Aslam Zadəyə tam üstünlüklə (9:0), qırğızıstanlı Razzak Beyşekeyevə 5:3, misirli Mohamed Abdelrehimə isə 4:1 hesabıyla qalib gələrək finala yüksəlib. Həlledici görüşdə iranlı olimpiya və dünya çempionu Səid Esmailiylə qarşılaşan həmyerlimiz ilk hissəni 3:0 hesablı üstünlüklə başa vurub. Ancaq görüşün bitməsinə 4 saniyə qalmış rəqibin fəndinin qarşını ala bilməyən güləşçimiz yekunda 3:8 hesabıyla məğlub olub və İslam Həmrəyliyi Oyunlarında gümüş medalı boynundan asıb.

Ülvü Qənizadə (77 kq) təsnifat mərhələsində iranlı Amir Abdiyə (0:9) uduzub. O, təsəlliverici görüşdə tacikistanlı Həbibcan Zuhurova 5:3 hesabıyla qalib gəlsə də, bürünc medal görüşündə özbəkistanlı Abdulla Əliyevə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub.

İslam Abbasov (87 kq) 1/4 finalda iranlı dünya çempionu Qulamreza Faruxisenjaya (0:3), bürünc medal görüşündə isə qırğızıstanlı Asan Janisova (0:9) uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti