Bakı. Trend:
Yaponiyanın Oita şəhərində baş verən geniş miqyaslı yanğın nəticəsində ən azı bir nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, yanğın barədə noyabrın 17-də məlumat bildirilib və yanğının söndürülməsi 12 saatdan çoxdur ki, davam edir.
Yanğının nə vaxt söndürüləcəyi ilə bağlı hələlik proqnoz yoxdur.
Təhlükəsizlik məqsədilə yaxınlıqdakı evlərdən 170-dən çox insan təxliyə edilərək evakuasiya mərkəzinə yerləşdirilib.