...

Bitkoin və "Ethereum" kriptovalyutaları bahalaşıb

Dünya xəbərləri Materials 19 Noyabr 2025 03:11 (UTC +04:00)
Bitkoin və "Ethereum" kriptovalyutaları bahalaşıb

Bakı. Trend:

Kapitallaşma baxımından ilk iki kriptovalyutanın - "Bitcoin" və "Ethereum"un qiymətinda artım olub.

Trend-in məlumatına görə, bu barədə "Binance" ticarət platformasında məlumat verilib.

Məlumata əsasən, 18 noyabrda Bitcoin 1,48 faiz artaraq 92.916 min dollara çatıb. Saat 01:42-də "Bitcoin" artımını 92.732 min dollara (+0,91%) qədər zəiflədib.

"Ethereum"un qiyməti 5,19 fauz artaraq 3136 dollara çatıb. Saat 01:42-yə qədər kriptovalyutanın artımı yavaşlayıb və 3109 dollara (+3,32 faiz) çatıb.

"Coinmarketcap"in 19 noyabr üçün məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 3,19 trilyon dollar təşkil edib. Bunun 1,858 trilyon dolları (58,4%) bitkoin, 376,927 milyard dolları (11,8%) isə "Ethereum"un payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti