...

Finlandiya müdafiə üçün Aİ-dən 1 milyard avroluq krediti götürməyi planlaşdırır

Dünya xəbərləri Materials 18 Noyabr 2025 22:54 (UTC +04:00)
Finlandiya müdafiə üçün Aİ-dən 1 milyard avroluq krediti götürməyi planlaşdırır

Bakı. Trend:

Finlandiya hökumətinin İqtisadi Siyasət üzrə Nazirlər Komitəsi Avropa İttifaqından (Aİ) müdafiə üçün milyard avroluq kredit almaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo deyib.

"Vəsaitlər Ukrayna ilə əməkdaşlıq çərçivəsində yerüstü döyüş imkanlarını gücləndirmək və dronların alınması üçün istifadə olunacaq", - deyə o bildirib.

Hökumət başçısı qeyd edib ki, Finlandiya Avropa İttifaqının ümumi 150 milyard avroluq kredit paketində onun üçün ayrılmış maksimum 1 milyard avronu götürmək niyyətindədir.

Onun sözlərinə görə, zirehli texnika istehsalında artıq tərəfdaşlar var. "Məsələn, uyğun istehsal müəssisələrinə malik Finlandiya şirkətləri olan "Patria" və "Sisu"", - deyə baş nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti