Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranla nüvə məsələsində razılığa gəlmək istədiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş zamanı deyib.
"Mən buna tamamilə açığım. Onlarla danışıb prosesə başlayacağıq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Tehran "belə bir razılığa gəlməyi çox istərdi".