...

Azərbaycanın U19 millisi seçmə mərhələni qələbə ilə başa vurub

İdman Materials 19 Noyabr 2025 00:18 (UTC +04:00)
Azərbaycanın U19 millisi seçmə mərhələni qələbə ilə başa vurub

Bakı. Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb. 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

AFFA-dan Trend-ə verilən məlumata görə, Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçirilən görüşün ikinci hissəsinin əvvəllərində meydan sahibləri hesabı açıblar. Buna baxmayaraq, millimiz geridönüş etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin yetirmələri 2:1 hesablı qələbə qazanıblar.

Bununla U-19 qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti