Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.
AFFA-dan Trend-ə
verilən məlumata görə, B qrupunda yer alan millimiz Cəbəllütariqin
müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Europa
Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü
dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını 5-ə çatdırıb.
Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.
