Bakı. Trend:
Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına investisiyaları 600 milyard dollardan 1 trilyon dollara qədər artırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla görüşdə deyib.
"Cənab Prezident, əminəm ki, bu gün və sabah biz bu 600 milyard dollarlıq investisiyaları, real investisiyaları demək olar ki, 1 trilyon dollara çatdırmaq niyyətimizi elan edəcəyik", - deyə o bildirib. O, Trampın Ər-Riyadın ABŞ-a yatırımını həqiqətən 1 trilyon dollara çatdırıb-artırmayacağı ilə bağlı sualına müsbət cavab verib.
Məhəmməd bin Salman Əl Səudun sözlərinə görə, Ər-Riyad ABŞ iqtisadiyyatının gələcəyinə və Trampın siyasətinə inanır.