Bakı. Trend:
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində sonuncu oyunlar keçirilib.
Trend-in məlumatına görə, B, C, E, H, J qruplarında ümumilikdə 10 qarşılaşma baş tutub.
E qrupunda Türkiyə yığması səfərdə İspaniya ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 2:2.
Beləliklə, gecənin oyunlarından sonra İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika yığmaları dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Kosovo, Danimarka, Bosniya və Herseqovina, Türkiyə və Uels komandaları isə mundiala yollanmaq üçün pley-off oyunları keçirəcək.
DÇ-2026, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç - Sloveniya - 1:1
23:45. Kosovo - İsveçrə - 1:1
Xal durumu: İsveçrə - 14, Kosovo - 11, Sloveniya - 4, İsveç - 2.
C qrupu
23:45. Şotlandiya - Danimarka - 4:2
23:45. Belarus - Yunanıstan - 0:0
Xal durumu: Şotlandiya - 13, Danimarka - 11, Yunanıstan - 7, Belarus - 2.
E qrupu
23:45. Bolqarıstan - Gürcüstan - 2:1
23:45. İspaniya - Türkiyə - 2:2
Xal durumu: İspaniya - 16, Türkiyə - 13, Gürcüstan - 3, Bolqarıstan - 3.
H qrupu
23:45. Avstriya - Bosniya və Herseqovina - 1:1
23:45. Rumıniya - San Marino - 7:1
Xal durumu: Avstriya - 19, Bosniya və Herseqovina - 17, Rumıniya - 13, Kipr - 8, San-Marino - 0.
J qrupu
23:45. Belçika - Lixtenşteyn - 7:0
23:45. Uels - Şimali Makedoniya - 7:1
Xal durumu: Belçika - 18, Uels - 16, Şimali Makedoniya - 13, Qazaxıstan - 8, Lixtenşteyn - 0.