Bakı. Trend:
İspaniya Ukraynaya əlavə yardım olaraq 615 milyon avro ayırmağı planlaşdırır.
Trend-in məlumatına görə bu barədə İspaniyanın baş naziri Pedri Sançes deyib.
Bu vəsaitin əsas hissəsinin hərbi yardım üçün istifadə edilməsi planlaşdırılır. Xüsusilə, Madrid Ukrayna üçün ABŞ-dən təcili silah alınmasına 100 milyon avro xərcləyəcək. Bundan əlavə, Madrid ölkənin döyüşlərdən zərər çəkmiş ərazilərinin yenidən qurulmasına 202 milyon avro ayıracaq.