...

Britaniyanın müdafiə naziri Rusiyanın casus gəmisinin ölkə sularına yaxınlaşdığını bildirib

Dünya xəbərləri Materials 19 Noyabr 2025 15:50 (UTC +04:00)
Britaniyanın müdafiə naziri Rusiyanın casus gəmisinin ölkə sularına yaxınlaşdığını bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Yantar” casus gəmisi Şotlandiyanın şimalında, Britaniya dövlət sularının yaxınlığında kəşfiyyat fəaliyyəti aparır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili parlamentdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, “Yantar” gəmisində olan şəxsi heyət fəaliyyətlərini havadan izləyən Britaniyanın kəşfiyyət təyyarəsinin işinə əngəl olmaq məqsədilə pilotlara lazer tuşlayır.

Müdafiə naziri “Yantar”ın cənuba doğru hərəkəti davam etdirəcəyi təqdirdə lazımı tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

“Bu, Rusiya donanmasının bir hissəsidir. Bu, sadəcə olaraq dəniz əməliyyatı deyil, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəsi adlandırdığı qurum tərəfindən idarə olunan proqramın tərkib hissəsidir. Həmin proqramın məqsədi sülh dövründə müşahidə aparmaq, münaqişə zamanı isə diversiya həyata keçirməkdir”,-deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti