...

"myGov" platformasının aktiv istifadəçilərinin sayı məlum olub

İqtisadiyyat Materials 19 Noyabr 2025 10:32 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"myGov" platformasının aktiv istifadəçilərinin sayı artıq 800 mindən çoxdur, ümumi istifadəçi sayı isə 2 milyona çatıb.

Trend xəbər verir ki, bunu bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov 9cu Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O, ölkənin rəqəmsal xidmətlər ekosistemində əldə olunan son nəticələrlə bağlı məlumat verib.

Onun sözlərinə görə, "myGov" platformasının aktiv istifadəçilərinin sayı artıq 800 mindən çoxdur, ümumi istifadəçi sayı isə 2 milyona çatıb. Osmanov bildirib ki, maliyyə sektoru ilə dövlətin rəqəmsal infrastrukturunun inteqrasiyasını təmin edən bir neçə məhsul mövcuddur və bu istiqamətdə əsas həllərdən biri Digital Finans sistemidir. Hazırda bu sistemə 104-dən çox maliyyə müəssisəsi qoşulub.

"Digital Finans" vasitəsilə bu günədək 300 milyona yaxın tranzaksiya icra olunub. Həmçinin hər gün maliyyə sektoru tərəfindən vətəndaşların identifikasiyası məqsədilə 300 mindən artıq məlumat sorğusu göndərilir", - o qeyd edib.

İRİA sədrinin sözlərinə görə, rəqəmsallaşmanın əsas hədəflərindən biri dövlət idarəçiliyində tam kağızsız hökumət modelinə keçiddir: "Artıq dövlət qurumları arasında yazışmalar tam elektron formada həyata keçirilir. Bu proses Rəqəmsal Sənəd Dövriyyəsi alt-sistemi vasitəsilə idarə olunur".

Sistem həmçinin, biznes subyektlərinə və vətəndaşlara myGov üzərindən rəqəmsal müraciətlər göndərmək imkanı yaradır.

Fərid Osmanov bildirib ki, bir neçə bank artıq Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya olunub, digər maliyyə təşkilatlarında isə proses davam edir. Onun fikrincə, yaxın gələcəkdə maliyyə sektoru ilə dövlət qurumları arasında tam kağızsız yazışma mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti