...

Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat: 100-dən çox saxlanılan var

Dünya xəbərləri Materials 19 Noyabr 2025 09:42 (UTC +04:00)
Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat: 100-dən çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son 2 həftə ərzində Türkiyənin 9 vilayətində 12 ayrı mütəşəkkil cinayətkar dəstəyə qarşı keçirilən əməliyyat nəticəsində 106 şübhəli saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat yayıb.

Məlumata görə, əməliyyatın gedişində saxlanılmış şübhəlilərdən 68-i barəsində həbs qətimkan tədbiri seçilib, 34-ü yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb, digər şübhəlilərlə bağlı araşdırma davam etdirilir.

Qeyd olunur ki, həmin şəxslər narkotik vasitələrin qanunsuz ticarətdə, silah qaçaqmalçılığında, sosial şəbəkələrdə vətəndaşlara qarşı dələduzluqda, (Muğla vilayətində) aztəminatlı ailələr üçün ayrılan vəsaitləri mənimsəməkdə, sələmçilik fəaliyyəti və başqa cinayətlərdə şübhəli bilinirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti