Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası Luiziana ştatında qanunsuz miqrantlara qarşı genişmiqyaslı əməliyyat hazırlayır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən sənədlər əldə edən Associated Press (AP) agentliyi xəbər verib.
Məlumata əsasən, "Bataqlıq Təmizləməsi" (Swamp Sweep) adlanan əməliyyat iki ay davam edəcək. Növbəti bir neçə həftə ərzində ən azı 250 sərhəd patrul agenti Luiziana ştatının Yeni Orlean şəhərinə göndəriləcək. Birincisi, 21 noyabrda şəhərə gəlməyə və lazımi avadanlıqları yerləşdirməyə başlayacaq. Əməliyyatın aktiv mərhələsinin dekabrın 1-də başlaması gözlənilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına təxminən 5000 nəfəri saxlamaq tapşırılıb.