Bakı.Trend:
Tərtərdə yerləşən N saylı hərbi hissənin sabiq komandiri Vüsal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vüsal Hüseynov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
