Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət kafenin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.