...

Yevlaxda 42 yaşlı kişi bıçaqlanıb

Hadisə Materials 19 Noyabr 2025 09:22 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yevlaxda kişi bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə noyabrın 16-sı baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü İlkin Musayev Yevlax şəhəri, M.Sübhi küçəsində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı 1983-cü il təvəllüdlü Elnur İsrəfilova üzərində gəzdirdiyi bıçaqla zərbələr yetirərək sağlamlığına ağır dərəcəli zərər vurub.

Faktla bağlı Yevlax rayon polis şöbəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti