Bakı. Trend:
Polşa Ukrayna ilə sərhəddə peyda olan pilotsuz uçuş aparatları ilə əlaqədar qırıcılarını havaya qaldırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin operativ komanda mərkəzinin “X” səhifəsində paylaşım olunub.
“Hava məkanımızda Polşa və müttəfiqlərə aid aviasiya hərəkətə keçib”, - paylaşımda əlavə olunub.
Qeyd edilir ki, sərhədə göndərilən hərbi hava nəqliyyat vasitələrinin növbətçi qırıcı cütləri və uzaqməsafəli aşkarlama təyyərəsi olduğu deyilir.
Bundan başqa, ölkənin hava hücumlarından müdafiə və radiolokasiya-kəşfiyyat sistemləri tam döyüşə hazır vəziyyətə gətirilib.
