Bakı. Trend:
Rusiya Avropa İttifaqı ölkələrinin ərazilərində hibrid hücumlar həyata keçirir və dövlət səviyyəsində terrorla məşğul olur.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas çıxış edib.
O, NATO baş katibi Mark Rüttenin bəyanatını xatırladaraq, Rusiyanın törətdiyi bəzi hibrid insidentlərin dövlət səviyyəsində terror kimi qiymətləndirilməli olduğunu vurğulayıb.
