...

ABŞ müttəfiqləri ilə birgə Ukrayna ilə bağlı yeni plan müzakirə etməyə başlayıb

Dünya xəbərləri Materials 19 Noyabr 2025 07:18 (UTC +04:00)
ABŞ müttəfiqləri ilə birgə Ukrayna ilə bağlı yeni plan müzakirə etməyə başlayıb

Bakı. Trend:

Vaşinqton administrasiyası ABŞ-nin Avropa müttəfiqləri və Kiyevlə Ukraynadakı münaqişənin həlli üçün yeni bir planı müzakirə etməyə başlayıb və bu plan Amerika tərəfi tərəfindən Rusiya ilə məsləhətləşmələr əsasında hazırlanır.

Trend-in məlumatına görə, bu barədə "Axios portalı xəbər verib.

ABŞ-dəkı rəsmi mənbəsinin məlumatına əsasən, Ağ Ev "yeni plan barədə Avropa rəsmilərini, eləcə də ukraynalıları məlumatlandırmağa başlayıb". Mənbə vurğuıayıb ki, Vaşinqton administrasiyası Avropa ölkələrindən və Kiyevdən plana dəstək almaq üçün "real fürsət" görür.

"Biz hesab edirik ki, indi bu plan üçün əlverişli zamandır. Hər iki tərəf praktik və real yanaşma tətbiq etməlidir", - deyə ABŞ rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti