...

"Microsoft" süni intellekt startapına 15 milyard dollara qədər investisiya yatıracaq

Energetika Materials 19 Noyabr 2025 06:37 (UTC +04:00)
"Microsoft" süni intellekt startapına 15 milyard dollara qədər investisiya yatıracaq

Bakı. Trend:

"Microsoft" və "Nvidia" şirkətləri süni intellekt sahəsi üzrə fəaliyyət göstərən "Anthropic" şirkətinə 15 milyard dollara qədər birgə investisiya qoymaq barədə razılığa gəliblər.

Trend-i məlumatına görə, bundan əlavə, "Anthropic" şirkəti təxminən "Microsoft Azure" bulud xidmətindən 30 milyard dollar dəyərində hesablama gücünü əldə etmək niyyətində olduğunu açıqlayıb.

"Microsoft"un baş direktoru Satya Nadela bildirib ki, şirkətlər qarşılıqlı müştəri olacaqlar: "Microsoft Anthropic"in süni intellekt modellərindən, "Anthropic" isə "Microsoft"un infrastrukturundan istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti