...

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları, 300-ə yaxın tank və digər silahlar satacaq

Dünya xəbərləri Materials 19 Noyabr 2025 07:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələri, eləcə də təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə deyilib.

Sənədlərdə qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp "gələcəkdə "F-35" qırıcılarının tədarükləri də daxil olmaqla, krallığa əsas müdafiə məhsullarının satışını təsdiqləyib".

Vaşinqton administrasiyasının fikrincə, bu razılaşma "ABŞ-nin hərbi-sənaye bazasını gücləndirəcək və Səudiyyə Ərəbistanının Amerika məhsullarını almağa davam etməsini təmin edəcək".

Xəbər lenti

Xəbər lenti