Bakı. Trend:
ABŞ Səudiyyə Ərəbistanına Vaşinqtonun NATO xaricindəki əsas müttəfiqi statusu verdi və həmçinin krallıqla strateji müdafiə müqaviləsi imzalayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri münasibətilə Ağ Evdə verilən şam yeməyində çıxışı zamanı deyib.
"Sizə məmnuniyyətlə bildirirəm ki, Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq kimi qəbul etməklə hərbi əməkdaşlığımızı yeni səviyyəyə qaldırırıq", - deyə ABŞ prezidenti qeyd edib.
"Bu, onlar üçün çox vacibdir", - deyə D.Tramp Səudiyyə Ərəbistanını haqqında deyərkən əlavə edib.