...

TDT-də 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur - XİN rəsmisi

Cəmiyyət Materials 19 Noyabr 2025 11:33 (UTC +04:00)
TDT-də 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur - XİN rəsmisi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qürurverici haldır ki, 16 il öncə Naxçıvan sazişi ilə əsası qoyulan TDT regionda və hüdudlardan kənarda nüfuzlu beynəlxalq təşkilara çevirilib.

Trend xəbər verir ki, bu fikirləri bu gün Bakıda keçirilən TDT-yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Xarici İşlər nazirinin müavini Samir Şərifov deyib.

O bildirib ki, Qəbələ bəyannaməsi və digər vacib qərarlar türk dünyasının daha da güclənməsinə imkan yaradacaq: “TDT-nin vahid mövqeyi ortaq mexanizmlərin qurulması heç vaxt olmadığı qədər önəm kəsb etməkdədir”.

S. Şərifov qeyd edib ki, qısa müddət ərzində siyasi-iqtisadi məsələlər daxil olmaqla, hazırda Türk Dövlətləri Təşkilatında 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur:

“İqlim dəyişiklikləri, ortaq təbii fəlakətlər, silahlı münaqişələr, məcburi köçkünlük və miqrasiya kimi çağırışların daha da mürəkkəbləşdiyi beynəlxalq şərait TDT çərçivəsində əlaqələndirilmiş və genişləndirilmiş humanitar mexanizmin mövcudluğunu da zəruri edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti