...

Gələn il icmal büdcədən səhiyyə xərclərinə 3,7 milyard manat vəsait ayrılacaq

Cəmiyyət Materials 19 Noyabr 2025 11:45 (UTC +04:00)
Gələn il icmal büdcədən səhiyyə xərclərinə 3,7 milyard manat vəsait ayrılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti