...

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi artıb

İqtisadiyyat Materials 19 Noyabr 2025 11:53 (UTC +04:00)
Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 11,3 milyard ABŞ dolları dəyərində 5,2 milyon ton beynəlxalq yükdaşımaları həyata keçirilib

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 922,7 milyon ABŞ dolları və ya 8,9 faiz , həcm baxımından isə 405,5 min ton və ya 8,4 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 2 milyard ABŞ dolları dəyərində və 2,2 milyon ton həcmində yük ixrac edilib ki, bu da ötən illə müqayisədə dəyər baxımından 328 milyon dollar və ya 19 faiz, həcm baxımından isə 329 min ton və ya 17,5 faiz artım deməkdir.

Eyni zamanda, bu ilin ilk on ayında avtomobil nəqliyyatı ilə Azərbaycana 9,2 milyard ABŞ dolları dəyərində və 3 milyon ton həcmində yük idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 595 milyon dollar və ya 6,9 faiz, həcm baxımından isə 77 min ton və ya 2,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti