...

İqtisadi baza genişləndikcə yüksək artım templəri mülayim artım templəri ilə əvəzlənir

İqtisadiyyat Materials 19 Noyabr 2025 12:41 (UTC +04:00)
İqtisadi baza genişləndikcə yüksək artım templəri mülayim artım templəri ilə əvəzlənir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin 10 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi 6,8% olduğu halda, cari ildə artım tempi yavaşıyaraq 3,1%-ə enib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, bu yavaşımalar demək olar ki, bütün sahələrdə müşahidə olunur. Məsələn, tikintidə artım tempi 15,5%-dən 4,6%-ə, nəqliyyat sektorunda 15,7%-dən 2,4%-ə, turizm sektorunda 11,3%-dən 9,2%-ə, ticarətdə 3,7%-dən 3,3%-ə, rabitə və informasiya sektorunda 12,1%-dən 8,5%-ə enmişdir.

“ÜDM-i formalaşdıran hər bir sahədə cavabdeh dövlət qurumlarının sahəvi inkişaf hədəflərinə nail olmaq, o cümlədən sahənin artımı, sahəvi özəl investisiya, ixrac, iş yerləri kimi ölçülə bilən fəaliyyət göstəricilərinin formalaşması çağırışı ilə rastlaşırıq. Bu mənada aparıcı maliyyə-iqtisadi orqanların fəaliyyəti ilə ÜDM-i formalaşdıran sahəvi qurumların iqtisadi artıma xidmət edən hədəflərinin koordinasiyası məsələləri xüsusi əhəmiyyət kəsb edir.

İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə malikdir.

İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə malikdir.

Özəl investisiyaların artırılması vasitələri çox müxtəlifdir. Bunlar arasında 2022-ci ildə qəbul edilmiş dövlət-özəl tərəfdaşlığı haqqında qanunun tətbiqi (dəniz suyunun duzsuzlaşdırılması layihəsi), bank sektorunun real sektora daha aktiv dəstək imkanlarının reallaşması, o cümlədən faiz dərəcələri üzrə, pul siyasətinin inflyasiya hədəfinə xələl gətirmədən investisiya yönümlü iqtisadi artıma dəstək potensialının istifadəsi, kreditlər üzrə faiz subsidiyası və zəmanətli dövlət alışı mexanizmlərinin genişləndirilməsi, birbaşa xarici investisiyaların cəlbi kimi alətlər mühüm əhəmiyyət kəsb edir”, - deyə o vurğuylayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti