...

Gələn ilin əsas trendlərindən biri "OpenBanking" modelinin tətbiqi olacaq - "PAŞA Bank"

İqtisadiyyat Materials 19 Noyabr 2025 12:34 (UTC +04:00)
Gələn ilin əsas trendlərindən biri "OpenBanking" modelinin tətbiqi olacaq - "PAŞA Bank"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin əsas trendlərindən biri “OpenBanking” modelinin tətbiqi olacaq.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda “Paşa Bank” ASC-nin idarə heyətinin üzvü Cəlal Orucov deyib.

Onun sözlərinə görə, bu proses həm Mərkəzi Bankın tənzimləyici fəaliyyəti, həm də maliyyə sektorunda şəffaflığın artırılmasına gətirib çıxaracaq: "OpenBanking"in tətbiqi bank sektorunda yeni çağırışlar yaradacaq. Bankların bu modeli gündəlik əməliyyatlara inteqrasiya etməsi və onun üzərindən gəlir mexanizmini formalaşdırması əsas məsələlərdən biri olacaq".

C. Orucov vurğulayıb ki, fintex şirkətləri üçün “OpenBanking” uzun müddətdir gözlənilən yeni imkanlar açır: "Sektorun qarşısında duran əsas sual bu imkanlardan nə dərəcədə effektiv istifadə ediləcəyi və yeni xidmətlərin bazara hansı sürətlə çıxarılacağı ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti