...

COP30-da 80-dən çox ölkə fosil yanacaqlardan imtina yol xəritəsini dəstəkləyib

Dünya xəbərləri Materials 19 Noyabr 2025 12:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın Belen şəhərində keçirilən BMT-nin COP-30 iqlim konfransında 80-dən çox ölkə fosil yanacaqlardan imtina ilə bağlı yol xəritəsinin hazırlanmasını dəstəkləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, COP-30 iştirakçıları olan ölkələr üçün neft, qaz və daş kömür kimi yanacaq növlərindən istifadənin dayandırılmasına dair planı müəyyənləşdirən sənədin konfransın yekununda hazırlanması təşəbbüsünü 80-dən çox ölkənin nümayəndələri dəstəkləyib.

Belə bir təkliflə Almaniya, Böyük Britaniya, İsveç, İrlandiya və Keniya nümayəndələri çıxış ediblər. Yol xəritəsi çərçivəsində COP-28 zamanı əldə olunan və ölkələrin 2050-ci ilə qədər fosil yanacaqlardan imtina etməsi barədə öhdəlik götürdüyü razılaşmanın icrasının genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti