...

Təyyarə qəzası hərtərəfli araşdırılır - Ərdoğan

Dünya xəbərləri Materials 19 Noyabr 2025 13:50 (UTC +04:00)
Təyyarə qəzası hərtərəfli araşdırılır - Ərdoğan
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təyyarə qəzası ilə bağlı hərtərəfli araşdırma aparılır və Milli Müdafiə Nazirliyi ictimaiyyətə geniş açıqlama verəcək.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində hakim partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

"Ötən həftə dualar və göz yaşları ilə torpağa tapşırdığımız 20 hərbçinin ailələrinə başsağlığı verirəm", - Türkiyə Prezidenti əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb. Hadisə nəticəsində 20 Türkiyə hərbçisi şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti