...

Sabah 22 dərəcə isti olacaq

Cəmiyyət Materials 19 Noyabr 2025 12:31 (UTC +04:00)
Sabah 22 dərəcə isti olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi şəhərətrafı ərazilərində az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10 dərəcən 14 dərəcəyədək, gündüz 17 dərəcədən 22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu,nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 17 dərəcədən 21 dərəcəyədək, dağlarda gecə 1 dərəcədən 5 dərəcəyədək, gündüz 7 dərəcədən12 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti