...

Gələn il xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat məbləğində təklif edilir

Cəmiyyət Materials 19 Noyabr 2025 11:54 (UTC +04:00)
Gələn il xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat məbləğində təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat məbləğində proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat və dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində təklif edilir.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir. Borc portfelinin tərkibində dövlətin xarici borcu ümumi borc portfelinin 32,8 faizinə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır.

“Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılmış, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artmışdır. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır”, - deyə S.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti