...

İtaliya Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 19 Noyabr 2025 12:42 (UTC +04:00)
İtaliya Azərbaycandan neft idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 6,2 milyard ABŞ dolları dəyərində bitum süxurlardan əldə olunmuş 12,1 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 408 milyon dollar (7%), həcm baxımından isə 2,7 milyon ton (29,8%) artıb.

Ötən ilin ilk on ayı ərzində Azərbaycandan İtaliyaya 5,8 milyard dollar dəyərində bitumlu süxurlardan alınan 9,3 milyon ton xam neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr arasında birinci yerdə qərarlaşıb.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə təxminən 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti