...

SİMA platformasının istifadəçi sayı açıqlanıb

İqtisadiyyat Materials 19 Noyabr 2025 13:16 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

SİMA platformasının istifadəçi sayı 5,5 milyonu keçib.

Trend xəbər verir ki, bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, SİMA ekosisteminin ilk məhsulu olan SİMA Token 2021-ci ildə “E-İmza” adı ilə istifadəyə verilib.
"Platformanın ən geniş istifadə edilən xidmətlərindən biri olan SİMA İmza 2022-ci ildən tətbiq olunmağa başlayıb. Biometriya texnologiyalarına əsaslanan xidmət hazırda bazarda kütləvi istifadə olunan rəqəmsal imza həlli kimi çıxış edir. SİMA İmza vasitəsilə hər gün milyonlarla imzalama və autentifikasiya əməliyyatı həyata keçirib", - o vurğulayıb.

Tamerlan Məşədihəsənli bildirib ki, şirkət həmçinin 2023-cü ildə istifadəyə verilən KYC (müştərinin identifikasiyası) məhsulunu da təqdim edib: "KYC xidmətinə biometriya əsasında identifikasiya, videozəng və video-yazı modulları daxildir. Bu həll Mərkəzi Bankın tələblərinə uyğun olaraq formalaşdırılıb və maliyyə təşkilatlarının müştəri tanıma proseslərini avtomatlaşdırmasına imkan verir".

Xəbər lenti

Xəbər lenti