...

Diabet riskini azaltmağın yeni metodu məlum olub

Dünya xəbərləri Materials 19 Noyabr 2025 13:23 (UTC +04:00)
Diabet riskini azaltmağın yeni metodu məlum olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Apikal periodontitin - diş köklərində xroniki iltihabın aradan qaldırılması metabolik xəstəliklərə, o cümlədən diabetə tutulma riskini potensial olaraq azaldır.

Trend xarici KİV-ə istinadən xəbər ki, elmi tədqiqatın nəticələrin “Journal of Translational Medicine” (JTM) nəşrində dərc olunub.

İki il ərzində alimlər 65 iştirakçının sağlamlıq vəziyyətini izləyiblər. Könüllülərin qan nümunələri müntəzəm olaraq nüvə maqnit spektroskopiyası vasitəsilə müayinə olunub. Diş kanallarının müalicəsindən üç ay sonra xəstələrdə iltihab markerlərinin və metabolizm pozğunluqları ilə əlaqəli amin turşularının səviyyəsində azalma müşahidə olunub.

İki il sonra isə qlükoza və lipid göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, bu da metabolik balansın tədricən bərpa olunmasına işarə edir. Həmçinin iştirakçılarda qanda piruvat (turşu) səviyyəsi normallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti