...

Sosial xidmətlər üzrə görülmüş işlər sosial rifahın yüksəlməsi ilə yanaşı iqtisadi iştirakçılığı artırıb - Nazir

İqtisadiyyat Materials 19 Noyabr 2025 12:43 (UTC +04:00)
Sosial xidmətlər üzrə görülmüş işlər sosial rifahın yüksəlməsi ilə yanaşı iqtisadi iştirakçılığı artırıb - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2018-2025-ci illərdə icra olunan sosial islahat paketi, o cümlədən orta aylıq pensiyanın 2,6 dəfə, sosial müavinətlər üzrə ayrılan illik vəsaitin 5 dəfə artması, habelə əmək bazarının leqallaşdırılması istiqamətində görülmüş birgə tədbirlər nəticəsində sosial rifahın yüksəlməsi ilə yanaşı iqtisadi iştirakçılıq artmışdır.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan öz inkişaf miqyasına, resurslarına, iqtisadiyyatın dayanıqlığına, o cümlədən valyuta ehtiyatlarına görə Cənubi Qafqazın lideridir, Mərkəzi Asiyada isə aparıcı ölkələrdən biridir.

“Ölkənin mövcud üstünlükləri və potensialı, təbii-coğrafi üstünlüklər, nəqliyyat dəhlizləri, iqtisadi fəaliyyət ənənələri, mövcud bacarıqları və s. nəzərə alınmaqla qarşıdakı strateji dövrdə iqtisadi artımın bəzi əsas drayverləri kimi potensial enerji habı və ticarəti imkanlarını, yaşıl energetikanı, nəqliyyat-tranzit-logistika sahəsini, qeyri-neft-qaz sənayesini, o cümlədən dağ-mədən və neft-kimya sənayesini, daşınmaz əmlak və tikinti sektorunu, Ələt iqtisadi zonasını, rəqəmsal iqtisadiyyata keçidi, turizm və əyləncə sektorunu, müxtəlif xidmətlər (İT, maliyyə, səhiyyə və s.) ixracını göstərmək olar.

Rəqabət qabiliyyətli və dayanıqlı iqtisadi artım üçün ən vacib şərtlərdən biri də iqtisadiyyatın bütün sahələrində, o cümlədən ixracyönümlü sahələrdə yüksək texnologiyalardan və süni intellektin tətbiqi əsasında məhsuldarlığın artırılmasıdır”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti