...

Masazırın bu ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 19 Noyabr 2025 09:58 (UTC +04:00)
Masazırın bu ərazilərində işıq olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Masazır kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 19 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq hava xətdində təmir işləri aparılacaq.

“Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Masazır qəsəbəsi Sabir Rüstəmxanlı, Alı Mustafayev, Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti