...

On ayda sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb

Cəmiyyət Materials 19 Noyabr 2025 10:01 (UTC +04:00)
On ayda sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin yanvar-oktyabr ayları ərzində 132,5 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, bunun 51,6%-ni kişilər, 48,4%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında proaktiv qaydada 74 mindən çox sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin edilib. Bunların 53,05%-i kişilərə, 46,95%-i isə qadınlara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti