...

YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr edilən tədbir keçirilib

Cəmiyyət Materials 18 Noyabr 2025 18:50 (UTC +04:00)
YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr edilən tədbir keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 18-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üzrə Ərazi Partiya Təşkilatının YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr edilmiş yığıncağı keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Sonra Yeni Azərbaycan Partiyasının qurucularından biri, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov məruzə ilə çıxış edib, Ulu Öndərin mənalı həyat yolu, YAP-ın yaradılması və təşkilatlanması barədə xatirələrini bölüşüb.

Qeyd olunub ki, Ulu Öndərin illər öncə həyata keçirməyə başladığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Sonra iclasda Yeni Azərbaycan Partiyasına üzvlük üçün müraciət etmiş Milli Məclis əməkdaşlarının müraciətlərinə baxılıb və müsbət dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti