...

2018-ci illə müqayisədə cari ildə qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb

İqtisadiyyat Materials 19 Noyabr 2025 12:27 (UTC +04:00)
2018-ci illə müqayisədə cari ildə qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 mlrd. ABŞ dolları olmuş, ixrac olunan əmtəə sayı 15% artaraq 2810-a çatmışdır. Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 mlrd. ABŞ dolları səviyyəsində sabitləşmişdir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2022-2024-cü illərdə xarici ticarət balansında isə ARDNF-in qızıl idxalı istisna olmaqla orta illik hesabla 16 mlrd. ABŞ dolları məbləğində müsbət saldo olmuşdur. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45%-dək artaraq 6,5 mlrd. ABŞ dollarını ötmüşdür.

2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artmışdır. Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artmışdır. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlmişdir. 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57% nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti