Bakı. Trend:
“Electronic Arts” şirkəti dünyanın ən populyar şuter janrında olan videooyunlarından olan “Battlefield 6”ı bir həftə ərzində pulsuz oynamaq imkanı yaradacaq.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Battlefield 6”nın və pulsuz “battle royale” rejimi “California Resistance” adını alıb. O, oyun təcrübəsini genişləndirməyə və auditoriyanın cəlbediciliyini artırmağa yönəlmiş yeni tematik kontenti özündə birləşdirir.
Eyni zamanda studiya “Battlefield 6”nın pulsuz demo-versiyasının işə salınacağını da açıqlayıb.
Oyunçular 25 noyabrdan 2 dekabradək bu şuteri test edə biləcəklər. Sınaq versiyaya üç xəritə və ən çox tələb olunan beş oyun rejimi daxil olacaq.
