...

AzTV-də “Dirilən Adam” serialı yayımlanacaq (VİDEO)

Mədəniyyət Materials 19 Noyabr 2025 13:30 (UTC +04:00)
AzTV-də “Dirilən Adam” serialı yayımlanacaq (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Tezliklə AzTV-də yayımlanacaq “Dirilən Adam” serialı Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında hazırlanıb.

Trend xəbər verir ki, serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır.

Serialın baş rollarında
Əməkdar artistlər – Sənubər İsgəndərli, Füzuli Hüseynov
Aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar.

Yaradıcı heyət:

Ssenari müəllifləri: Pərviz Seyidli, Jalə Novruz, Kamal Hüseynli

Quruluşçu rejissor: Bəhram Yaqublu

Quruluşçu operator: Aqşin Rzayev

Operator: Əmrah Mərdanov

Aktyorla iş üzrə rejissor: Tural Baxış

Prodüserlər: Nicat Həsənli, Nərmin Xankişiyeva

Bəstəkar: Vüqar Məmmədli

Rəssamlar: İlqar Qurbanov, Ayxan Zərgərov

Direktor: Həmid Əsədzadə

Layihə rəhbərləri: Həmid Əsədzadə, Şövkət Məhərrəmova

Serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub. İlk bölüm 1 dekabr tarixindən etibarən həftə içi 5 gün saat 22:00-da Azərbaycan Televiziyasında yayımlanacaq.

Qeyd edək ki, bu serial AzTV-nin tarixində ilk gündəlik çoxserialı layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti