Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 6,3 milyard ABŞ dolları dəyərində ümumilikdə 24,9 min ton həcmində yükdaşımaları həyata keçirilib.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin hesablamalarına görə, bu 2024-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,4 milyard dollar və ya 60,3 faiz çoxdur, çəki baxımından isə 51,3 min ton və ya 67,3 faiz azdır.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 350 milyon ABŞ dolları dəyərində və 13,4 min ton çəkidə yük ixrac edilib. Bu, ötən illə müqayisədə dəyər baxımından 60,4 milyon dollar və ya 20,9 faiz çox, çəki baxımından isə 50,9 min ton və ya 79,2 faiz azdır.
