...

Gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq – Vüqar Bayramov

Cəmiyyət Materials 19 Noyabr 2025 15:45 (UTC +04:00)
Gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq – Vüqar Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir. Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri neft-qaz sektorunun payına düşəcək.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır”, - deyə o vurğulayıb.

Deputat bildirib ki, qeyri neft-qaz gəlirlərinin müdafiə olunan xərcləri tamamilə üstəmələsi üçün büdcə konsalidasiyası çərçivəsində növbəti ildə də fiskal dayanıqlığın güclənəcəyindən xəbər verir:

“Belə ki, gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Ümumi büdcə xərclərinin 30 faizinə yaxının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq. Belə ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq. Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir”.

V.Bayramovun sözlərinə görə, son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. Eyni zamanda, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi.

“İqtisadiyyatın diversifikasiya baxımdan qeyd etmək lazımdır, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşür.

Bütün bunlar ilə yanaşı bir sıra təkliflərimizi təqdim etmək istərdim:

  • Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı;
  • Subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı;
  • Nazirləri Kabinetində təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir”, - deyə o fikrini yekunlaşdırıb.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti