Bakı. Trend:
Xalq artisti Roza Cəlilova ilə vida mərasimi keçirilir.
Trend xəbər verir ki, mərasim Təzə Pir məscidində baş tutur.
Vida mərasimində ictimaiyyət nümayəndələri, ailəsi, yaxınları, dostları və sənət yoldaşları iştirak edirlər.
Qeyd edək ki, Roza İsmayıl qızı Cəlilova 17 may 1929-cu ildə
Quba rayonunda anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya
Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet
truppasında çalışıb. 1949-cu ildən Azərbaycan Dövlət
Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam
etdirib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik
edib. O, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdindəki
İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib.
Roza Cəlilova 1989-cu ildə yaratdığı “Gülüstan” mahnı və rəqs
ansamblı ilə Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və
digər ölkələrdə qastrol səfərlərində olub, rəqs sənətimizi
layiqincə təmsil edib. Sənətkarın repertuarında Azərbaycanın milli
rəqsləri ilə bərabər, ərəb, fars, hind və bir sıra başqa xalqların
rəqsləri də yer tutub.
Roza Cəlilovanın Azərbaycan rəqs sənətinin inkişafına verdiyi
töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2007-ci
ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə
layiq görülüb. Baletmeyster 2002-ci ildən Prezidentin fərdi
təqaüdçüsü idi.
Xəbər yenilənəcək
