Bakı. Trend:
Qazaxıstan türk dövlətlərinin rəhbərlərinə Qızıl Aypara milli cəmiyyətlərinə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi barədə razılaşdırılmış müraciətin göndərilməsi təşəbbüsü ilə çıxış edib.
Trend xəbər verir ki, belə bir təklif Qazaxıstanın Qızıl Aypara cəmiyyətinin prezidenti Yerkebek Arqımbayev tərəfindən bu gün Bakıda TDT üzv dövlətlərinin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında irəli sürülüb.
Arqımbayevin təklifinə görə, bu müraciət TDT Katibliyi və türk şəbəkəsinin hazırkı sədrliyi tərəfindən birgə hazırlanmalıdır. Müraciətin əsas aspektləri bunlardır: hüquqi statusun möhkəmləndirilməsi, institusional potensialın inkişafı, maddi-texniki bazanın gücləndirilməsi, filial şəbəkəsinin genişləndirilməsi, həmçinin cəmiyyətlərin insan və maliyyə resurslarının artırılması.
Qazaxıstan cəmiyyətinin rəhbəri qeyd edib ki, dövlət dəstəyi humanitar təşkilatların dayanıqlı inkişafının əsasını təşkil edir
