Bakı. Trend:
Polşanın ardınca daha bir Avropa ölkəsi – Rumıniya hava sərhədinin naməlum pilotsuz uçuş aparatları tərəfindən pozulması səbəbilə qırıcı təyyarələrini havaya qaldırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.
Qurumun bildirdiyinə görə, Rumıniya ərazisinə pilotsuz aparatlarının qalıqları düşüb. Radar ilk dəfə dron siqnalını Rumıniyanın hava məkanından səkkiz kilometr məsafədə - Tulça dairəsinin Periprava və Kiliya Veke kəndləri yaxınlığında qeydə alıb.
Bundan sonra pilotsuz aparatın siqnalı radarlardan itib, lakin Rumıniya Müdafiə Nazirliyi bildirir ki, o 12 dəqiqəlik fasilələrlə Qalats dairəsinin kəndləri yaxınlığında yenidən görünüb.
Bundan əvvəl Polşa Ukrayna sərhədi yaxınlığında pilotsuz aparatların görünmə təhlükəsi ilə bağlı qırıcı təyyarələri havaya qaldırmışdı. Bundan başqa, hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı üzrə yerüstü vasitələr də ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
