...

Neftin orta illik qiymətinin 10 dollar aşağı düşməsi büdcədə heç bir problem yarada bilməz – Heydər Əsədov

Cəmiyyət Materials 19 Noyabr 2025 16:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəzəri olaraq neftin orta illik qiymətinin 10 dollar aşağı düşməsi belə, büdcəyə cəmi 250-300 milyon manat təsir göstərə bilər: Bu da büdcənin xərclərinin cəmi 0,6-0,7 %-ni təşkil edəcək. Təbii ki, bu da büdcədə heç bir problem yarada bilməz.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Heydər Əsədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, neft-qaz sektorundan büdcəyə daxilolmalar cəmi 16,4 milyard dollar təşkil edir:

“Bunun 12,8 milyard manatı birbaşa Dövlət Neft Fondunun transferti, yəni birbaşa ödəmələr şəklindədir. Neftin qiymətinin istər 1 dollar, istər 100 dollar olmasından asılı olmayaraq, bu transfertlər məcburidir və mütləq şəkildə büdcəyə ödəniləcək. Beləliklə, neftin qiymətinin dəyişməsi yalnız yerdə qalan 3,6 milyard manata təsir edə bilər. Bu da təbii ki, SOCAR və məlum yataqların mənfəət vergisindən daxilolmalardır”.

Deputat qeyd edib ki, neftin qiyməti onun birbaşa büdcənin gəlir-xərcləri kontekstində deyil, ARDNF-nin aktivlərinə və onun dayanıqlığına təsiri aspektində daha çox müzakirə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti