...

“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər

İdman Materials 19 Noyabr 2025 21:03 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın “Roma” klubu yanvar transfer pəncərəsində “Tottenhem”in cinah hücumçusu Matis Telə maraq göstərir.

Trend xəbər verir ki, futbolçu cari mövsüm Tomas Frankın rəhbərliyi altında əsas heyətdə çıxış etməkdə çətinlik çəkir və mövsümün əvvəlində Çempionlar Liqası heyətinə daxil edilməyib.

Lakin beynəlxalq fasilədən əvvəl Matis Tel “Mançester Yunayted”lə matçda ehtiyat heyətdən meydana çıxaraq fərqlənməyi bacarıb. O, 2:2 hesablı oyunda qol vurub. Keçmiş “Bayern” ulduzu bu mövsüm bütün turnirlərdə yalnız iki qol vurub, oktyabrda isə “Tottenhem”in “Lids” üzərində 2:1 hesablı qələbəsində fərqlənib.

Məlumata görə, London klubunun icarə təkliflərinə isti baxmadığı və yalnız daimi transfer təkliflərini nəzərdən keçirəcəyi bildirilir. Bununla yanaşı, baş məşqçi Tomas Frankın zədələr səbəbindən heyəti zəiflətmək istəmədiyi də vurğulanıb.

Xəbər lenti

Xəbər lenti