...

“Real”ın müdafiəçisi zədələnib

İdman Materials 19 Noyabr 2025 19:13 (UTC +04:00)

Bakı. Trend:

“Real”ın braziliyalı müdafiəçisi Eder Militao zədələnib.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, tibbi müayinə nəticəsində 27 yaşlı futbolçunun sağ ayaq əzələsində zədə aşkarlanıb.

Qeyd edək ki, Braziliya millisinin futbolçusu Tunis yığması ilə keçirdiyi yoldaşlıq görüşündə zədələnərək matçın 60-cı dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti